Gəncədə Cavad xan anıldı
Cavad xanın məqbərəsi 2004-cü ildə Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa olunub.
Qeyd edək ki, 1786-cı ildən 1804-cü ilə qədər Gəncəni idarə edən Cavad xan rus imperiyasının generalı Pavel Sisianovun ordusunun mühasirəsində bir aydan artıq qalaraq Gəncəni işğalçılara təslim etməmək üçün qeyri-bərabər döyüşdə oğulları Uğurlu və Hüseynqulu ilə birlikdə qəhrəmancasına şəhid olub. Gəncə işğal olunduqdan sonra şəhərin adı dəyişdirilərək rus çariçası Yelizavetanın şərəfinə Yelizavetpol adlandırılıb.
Teqlər: