Hamam otağında dəm qazından zəhərləndi

Hamam otağında dəm qazından zəhərləndi
  04 Yanvar 2014    Oxunub:1257
Həkimlər iki uşaq anası olan 34 yaşlı Məhəbbət Məmmədovanın vəziyyətinin həddindən ağır olduğunu bildirirlər.
Bu gün saat 17:30 radələrində Ucar şəhərində 34 yaşlı qadın dəm qazından zəhərlənib. Qadın hamamda çimərkən boğulub. AzVision.az Ans Press -ə istinadən xəbər verir ki, şəhərin Füzuli küçəsində yaşayan Məmmədova Məhəbbət Sabir qızı hamada çimərkən vəziyyəti ağırlaşıb, dəm qazından boğulduğunu hiss edib. O, hamamdan çıxaraq kömək istəyib.

Təcili yardımın köməyi ilə Ucar rayon mərkəzi xəstəxanasına çatdırılan Məhəbbət Məmmədova xəstəxanaya yerləşdirilib. Həkimlər onun vəziyyətinin həddindən ağır olduğunu bildirirlər.

Bölgə müxbirinin məlumatına görə, Məhəbbət Məmmədova iki uşaq anasıdır. O, əvvəllər Ağdaş rayonunda ərdə olub. Boşandıqdan sonra iki uşağı ilə atası evinə yerləşib. Hadisə də onun atası evində baş verib.


Teqlər:





Xəbər lenti