`İnci` incəsənət mükafatı təsis edildi

“Baku Creative Center”dən AzVision.az -a bildiriblər ki “İnci” mükafatı 2014-cü ilin fevral ayında – mərkəzin yaradılmasının ikinci ildönümü münasibətilə keçiriləcək tədbirdə təqdim olunacaq və ənənəvi xarakter alacaq.
Qiymətləndirmə peşəkar münsiflər heyəti tərəfindən ilin rəssamı, heykəltəraşı, xalçaçısı, keramika, qobelen və kino rəssamı, modelyeri, , sərgisi, qalereyası və art layihəsi, təşkilatı və digər nominasiyalar olmaqla, ümumilikdə 16 nominasiya üzrə aparılacaq.
Qaliblərə diplom və mükafatın simvolu veriləcək.
Teqlər: