Xaçmazda dəhşət: 3 GƏNC MAŞINDA YANIB ÖLDÜ, VİDEO

Xaçmazda dəhşət: 3 GƏNC MAŞINDA YANIB ÖLDÜ, VİDEO
  04 Yanvar 2014    Oxunub:1225
Xaçmazda 3 nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Rayon ərazisindən keçən magistral yolda “KAMAZ” markalı yük avtomobili və “OPEL” markalı minik avtomobili toqquşub. Nəticədə, minik avtomobilinin sürücüsü 1988-ci il təvəllüdlü Allahverən Malik oğlu Şükürov, sərnişinləri 1987-ci il təvəllüdlü Vüsal Əzizağa oğlu Şükürov və 1983-cü il təvəllüdlü Amid Yəhya oğlu Seyidov hadisə yerində həlak olublar.

AzVision.az APA- ya istinadən xəbər verir ki, deformasiyaya uğramış avtomobil isə yanmağa başlayıb. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə cəsədləri deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.




Teqlər:





Xəbər lenti