Kənd təsərrüfatı naziri Türkiyədə

Kənd təsərrüfatı naziri Türkiyədə
  03 Yanvar 2014    Oxunub:1278
Azərbaycanın kənd təsərrüfatı naziri Türkiyədə səfərdədir.
AzVision.az xəbər verir ki, Azərbaycanın kənd təsərrüfatı naziri Heydər Əsədov Türkiyənin ərzaq, kənd təsərrüfatı və heyvandarlıq naziri Mehdi Ekerin dəvəti ilə qardaş ölkədə səfərdədir.

Türkiyəli nazir aqrar sahədə Azərbaycan ilə bir sıra layihələr həyata keçirildiyini vurğulayıb və bu əməkdaşlığın BMT Ərzaq Proqramının Ankaradakı Regional Mərkəzindəki layihələr çərçivəsində davam etməsinin zəruriliyini qeyd edib. Onun sözlərinə görə, hazırda Türkiyə ilə Azərbaycan arasında 17 müştərək layihə uğurla həyata keçirilir. İki qardaş ölkənin mütəxəssisləri arasında təcrübə mübadiləsi də böyük əhəmiyyət kəsb edir.

Heydər Əsədov nazir təyin olunduqdan sonra ilk səfərini qardaş Türkiyəyə etdiyini bildirərək iki ölkə arasında kənd təsərrüfatı məhsullarının ixrac və idxalının artmasının zəruriliyini vurğulayıb. O, Azərbaycan tərəfinin Türkiyənin aqrar sahədə zəngin təcrübəsindən faydalanmaq istədiyini də qeyd edib.

Səfər çərçivəsində H.Əsədovun başçılıq etdiyi nümayəndə heyəti Ankarada kənd təsərrüfatı, bitkiçilik laboratoriyaları və elmi-tədqiqat mərkəzlərində də olub.


Teqlər:  





Xəbər lenti