Sərnişin avtobusu ilə toqquşdu

Sərnişin avtobusu ilə toqquşdu
  02 Yanvar 2014    Oxunub:1151
Bakıda minik avtomobili ilə sərnişin avtobusu toqquşub.
AzVision.az Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, Bakı şəhəri, Suraxanı rayonunda "VAZ" markalı minik avtomobili və "IVECO" markalı sərnişin avtobusu toqquşub. Nəticədə avtomobillər ağır deformasiyaya uğrayıb.

Dərhal hadisə yerinə cəlb olunmuş xilasedicilər xüsusi alət və avadanlıqlar vasitəsilə deformasiyaya uğramış minik avtomobilində sıxılmış vəziyyətdə qalmış sürücünü çıxararaq aidiyyəti üzrə təhvil verib, həmçinin hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görüblər.


Teqlər:





Xəbər lenti