Sabunçuda `manyak` qorxusu, 2-ci qətl
Dekabrın 16-da naməlum şəxs 1961-ci il təvəllüdlü qəsəbə sakini Məmmədvəli Məmmədovun ürəyindən bıçaq zərbəsi vurduqdan sonra onun boğazını kəsərək qətlə yetirib. Hadisə şahidlərinin verdiyi ifadələrə baxmayaraq, polisin cinayətkarı yaxalayaraq məsuliyyətə cəlb etməklə bağlı göstərdiyi cəhdlər hələ ki, uğursuz alınır.
Məmmədəli Məmmədovun qətlindən sonra eyni ərazidə daha bir naməlum şəxsin eyni metodla qətlə yetirilməsi və daha əvvəlki cinayətin üstünün açılmaması, ətraf ərazidə yaşayan sakinləri qorxuya salıb. Onlar rayonda qatil manyakın peyda olduğunu düşünürlər. Elə buna görə də, qətllərin baş verdiyi dəmir yol zolağının ətrafında yaşayan sakinlər hava qaraldıqdan sonra çölə çıxmamağa üstünlük verirlər.
Teqlər: