Gəncədə qatar istehsal ediləcək

Gəncədə qatar istehsal ediləcək
  30 Dekabr 2013    Oxunub:1632
Yaxın aylarda Gəncə şəhərində sərnişin vaqonları istehsalı zavodunun tikintisinə başlanılacaq.
“Azərbaycan Dəmir Yolları” QSC-nın Gəncə stansiyasının açılış mərasimində bu barədə danışan nəqliyyat naziri Ziya Məmmədov bildirib ki, dövlətimizin başçısının tapşırığı ilə Gəncədə vaqon deposunun bazasında yeni müasir sərnişin vaqonları istehsalı zavodunun inşası nəzərdə tutulur. Bu istiqamətdə İsveçrənin “Stadler” şirkəti ilə danışıqlar aparılır.

Hazırda layihənin sənədləri hazırlanır. Bir neçə aydan sonra layihənin icrasına başlanılması planlaşdırılır.




Teqlər:  





Xəbər lenti