Volqoqradda ölənlər arasında azərbaycanlı olmayıb

Volqoqradda ölənlər arasında azərbaycanlı olmayıb
  30 Dekabr 2013    Oxunub:1400
Partlayış nəticəsində 18 nəfər ölüb, 40-dan artıq insan isə yaralanıb.
Bu gün Rusiya Federasiyasının Volqoqrad şəhər vağzalında baş vermiş terror hadisəsi zamanı ölən və yaralananlar arasında azərbaycanlılar olmayıb.

AzVision.az Ans Press -ə istinadən xəbər verir ki, bu haqda Ümumrusiya Azərbaycanlıları Konqresinin Volqoqrad vilayət bölməsinin sədri Teymur Həsənov bildirib.

Xatırladaq ki, Volqoqrad vağzalında baş vermiş partlayış nəticəsində 18 nəfər ölüb, 40-dan artıq insan isə yaralanıb. Polis artıq partlayış törətmiş kamikadzenin şəxsiyyətini müəyyən edib. Versiyalardan birinə görə, terroru Dağıstan sakini Oksana Aslanova törədə bilər.


Teqlər:  





Xəbər lenti