“Ən zəngin əlvan metal yataqları Qarabağda yerləşir”

   “Ən zəngin əlvan metal yataqları Qarabağda yerləşir”
  24 Fevral 2020    Oxunub:4062
"Azərbaycanın ən zəngin əlvan metal yataqları işğal altında olan Dağlıq Qarabağ və ətraf rayonlarda yerləşir. Bu yataqlarda hazırda qeyri-qanuni hasilat işləri aparılır".
Azvision.az xəbər verir ki, bunu "AzerGold" QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov bu gün keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, digər ölkələrdə baş verən bu kimi situasiyalarda dünya ictimaiyyətinin mövqeyi qəti və birtərəfli olsa da, təəssüf ki, Dağlıq Qarabağda aparılan qeyri-qanuni hasilata dünyada ikili standartlarla yanaşılır:

""AzerGold" QSC işğal edilmiş ərazilərdə əlvan metalların qeyri-qanuni hasilatını təşkil edən və həyata keçirən bir sıra Ermənistan və Avropa şirkətlərinin qanunsuz əməllərinə hüquqi qiymətin verilməsi məqsədilə müvafiq addımlar atır. Belə ki, 2018-ci ildə "AzerGold" QSC tərəfindən məsələ ilə bağlı açıq mənbələrdən toplanan məlumatlar Baş Prokurorluğa təqdim edilib və nəticədə Baş Prokurorluq tərəfindən müvafiq cinayət işi açılıb. Ötən il Avropa Şurası Parlament Assambleyasında Azərbaycanın işğal olunmuş ərazilərində həyata keçirilən qanunsuz fəaliyyətlər və bu fəaliyyətlərin Avropa Şurası qarşısında götürülmüş öhdəliklər müstəvisində yaratdığı nəticələrə həsr olunmuş tədbirdə də tərəfimizdən məsələ ilə bağlı müfəssəl məlumatlar təqdim edilib. Bu məsələ ilə bağlı müəyyən edilən hədəflərin icrası məqsədilə yerli və xarici müstəvidə müvafiq işlərin həyata keçirilməsi davam etdirilir".

Anar Kəlbiyev
Azvision.az


Teqlər: Qarabağ   Azərigold  





Xəbər lenti