Xam neft və neft məhsulları ixracı artıb

  19 Fevral 2020    Oxunub : 1428
Xam neft və neft məhsulları ixracı artıb
Yanvarda Azərbaycandan 3 milyon 986 min ton bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları ixrac edilib. İxrac edilən neft və neft məhsullarının dəyəri isə 1 milyard 960,5 milyon ABŞ dolları olub.
Azvision.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi (DGK) məlumat yayıb.

Xatırladaq ki, 2019-cu ilin yanvarında ölkədən 2 milyon 395 min ton xam neft və neft məhsulları ixrac olunub, ixracın dəyəri 1 milyard 18 milyon dollar təşkil edib.

Azvision.az

Teqlər: DGK   Neft