Belarusdan Azərbaycana gələnlərin sayı artıb

Belarusdan Azərbaycana gələnlərin sayı artıb
  19 Fevral 2020    Oxunub:1748
Fevralın 18-də Minsk şəhərində keçirilən “Travel Connections Minsk” tədbirində Belarusun 25 turizm şirkətinə Azərbaycanın turizm məhsulları təqdim edilib.
Azərbaycan Turizm Agentliyindən Azvision.az -a verilən məlumata görə, “B2B” formatında keçirilən görüşlərdə Azərbaycanın turizm potensialı haqqında geniş məlumat verilib. Eyni zamanda iştirakçılara Azərbaycanın yeni turizm marşrutları nümayiş olunub.

Tədbirdə Minsk-Bakı arasında birbaşa uçuşların olması, iki ölkə arasında vizasız rejimin tətbiqi, dil baryerinin olmaması xüsusi vurğulanıb və bu imkanlardan yararlanaraq turistlərin sayının artırılması müzakirə olunub.

Qeyd edək ki, ötən il Belarusdan Azərbaycana səfər edənlərin sayı 2018-ci illə müqayisədə 14.2 faiz artaraq 14 841 nəfər təşkil edib.

Azvision.az


Teqlər: Turist  





Xəbər lenti