Mərkəzi Bank 100 milyon manat cəlb edir

Mərkəzi Bank 100 milyon manat cəlb edir
  19 Fevral 2020    Oxunub:1955
Fevralın 19-da Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə depozit hərracı keçiriləcək.
AMB-dən Azvision.az -a verilən məlumata görə, hibrid hərracda 100 milyon manat məbləğində vəsaitin cəlbi nəzərdə tutulur. Depozit hərracının müddəti 28 gündür.

"Bloomberg" ticarət sistemində keçiriləcək hərrac üzrə faiz dərəcələri 5,51-7,24 faiz təşkil edir.

Azvision.az



Teqlər: Mərkəzi-Bank  





Xəbər lenti