Ötən il 5 mindən çox əcnəbiyə iş icazəsi verilib

Ötən il 5 mindən çox əcnəbiyə iş icazəsi verilib
  18 Fevral 2020    Oxunub:1641
Ötən il ölkə ərazisində əcnəbilərə və vətəndaşlığı olmayan 5 min 466 nəfərə haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq və müddəti uzadılmış iş icazələri verilib.
Dövlət Statistika Komitəsindən Azvision.az -a verilən məlumata görə, onlardan 31,8 faizi mədənçıxarma sənayesində, 30,5 faizi tikintidə, 10,7 faizi emal sənayesində, 6,5 faizi təhsil, 3,7 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 2,7 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 2,7 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi və 11,4 faizi digər sahələrdə məşğul olmaq üçün iş icazələri alıblar.

Azvision.az


Teqlər: DSK  





Xəbər lenti