Bu il bir neçə sənaye məhəlləsi tam fəaliyyətə başlayacaq
Nazir müavini Hacıqabul, Sabirabad və Şərur sənaye məhəllələrində aparılan tamamlanma işləri barədə məlumat verib. Bildirib ki, Hacıqabul Sənaye Məhəlləsində tikinti işləri yekunlaşıb və rezidentlərin qəbulu davam edir:
"Bununla yanaşı, Hacıqabul Sənaye Məhəlləsində bir neçə rezident fəaliyyət göstərir. Sabirabad Sənaye Məhəlləsində tikinti işləri yekunlaşıb və bir neçə rezident fəaliyyət göstərməyə tam hazırdır".
Bundan əlavə, N. Səfərov qeyd edib ki, Şərur Sənaye Məhəlləsində infrastrukturun qurulmasına dair işlər aparılır.
Aytən Zəhra
Azvision.az
Teqlər: Niyazi-Səfərov