Metrodan istifadə edənlərin sayı artıb

  18 Fevral 2020    Oxunub : 1477
Metrodan istifadə edənlərin sayı artıb
Bu ilin yanvar ayında "Bakı Metropoliteni" QSC 19,6 mln. sərnişin daşıyıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 5,4% çoxdur.
Dövlət Statistika Komitəsindən Azvision.az -a verilən məlumata görə, 2019-cu ilin yanvar ayı ərzində metro nəqliyyatının xidmətlərindən istifadə etmiş sərnişinlərin sayı 18,6 mln. nəfər olub.

Qeyd edək ki, indi Bakıda metropoliten xətlərinin uzunluğu 36,6 kilometrə, xətlərinin sayı 3-ə, stansiyalarının sayı 25-ə bərabərdir. Hazırda Bakı metropolitenində konseptual inkişaf proqramına uyğun olaraq, tikinti işləri davam etdirilir. Dövlət Proqramına əsasən, 2030-cu ildə paytaxtın yeraltı yollarının ümumi uzunluğu 119,1 km, stansiyalarının sayı isə 76-ya çatacaq.

Azvision.az

Teqlər: Metro