“Azərbaycanda avtomobil sənayesi yenidən qurulur” - Nazir müavini
"Sovet dönəmində müəyyən işlər görülüb, amma bu işlər avtomobil sənayesi ilə bağlı işlər olmayıb. Azərbaycanda qonşu ölkələrlə birgə qurulan avtomobil layihələrinə sahibkarlar tərəfindən böyük maraq var. Digər layihələr də var ki, sahibkarlar tərəfindən müzakirə səviyyəsindədir. Bu sahəyə maraq var və hökümət tərəfindən belə qərarın qəbul olunması maliyyə dəstəyi kimi qiymətləndiriməlidir. Eyni zamanda qərar buraxılan avtomobillərin maya dəyərinin azaldılmasına, sahibkarların bu sahəyə yatırılan investisiyalarının artırılmasına təsir göstərən amildir. Bu, nəinki istehsala, istehlaka da təsir göstərən qərardır".
Azərbaycanda hibrit avtomobillərin istehsalı üçün zaman lazım olduğunu deyən nazir müavini bildirib ki, burada kifayət qədər böyük investisiya, texnologiya tələb olunur.
"Bu məsələ gündəmdədir. İqtisadiyyat Nazirliyi həm yerli, həm xarici iş adamları ilə müzakirələr aparır. Buna zaman lazımdır. Ciddi hazırlıq işləri tələb edir. İstehlakçılarda buna ciddi təlabat olmalıdır. Ölkədə istifadə olunan hibrit avtomobillərinin əksəri ikinci əldir və ona görə qiymətləri aşağıdır".
Aytən Zəhra
Azvision.az
Teqlər: Avtomobil Nazir-müavini