Nazirlik yoxlamalar apardı - Ciddi nöqsanlar aşkar edildi
Aparılan nəzarət tədbirləri ilə aşkar olunan 26291,9 min manat məbləğində artıq və əsassız ödənişlərin 14964,9 min manatının yoxlamaların gedişində təqsirkar şəxslər tərəfindən bərpası təmin edilib.
Yoxlamalar zamanı büdcə təşkilatlarında nöqsanlara yol verən vəzifəli şəxslər barəsində müvafiq protokollar tərtib edilərək İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq 73 nəfər vəzifəli şəxsə 66,2 min manat məbləğində cərimələr tətbiq olunub və həmin cərimələrin dövlət büdcəsinə ödənilməsi təmin edilib, aşkar edilən 43,0 min manat məbləğində artıq və əsassız ödənişlərlə əlaqədar (32,7 min manatı bərpa edilib) 3 qurum üzrə yoxlamaların nəticələrinə dair tərtib edilmiş sənədlər vəzifəli şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə icraatın başlanması üçün qərar qəbul edilməsi məqsədilə aidiyyəti üzrə prokurorluq orqanlarına göndərilib.
Azvision.az
Teqlər: Maliyyə-Nazirliyi Yoxlama