İmişlidə 1500 abonentin qazı kəsildi

İmişlidə 1500 abonentin qazı kəsildi
  15 Fevral 2020    Oxunub:2437
Fevralın 14-də gecə saat 23:00 radələrində İmişli rayonunun Aranlı və Qızılkənd kəndlərini təbii qazla təmin edən 225 millimetr diametrindəki polietilen qaz kəmərinin metal hissəsini avtomobillə vuraraq qırıblar. Nəticədə 1500 abonentin qaz təminatı müvəqqəti olaraq dayandırılıb.
Bu barədə Azvision.az -a “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, qaz təchizatının fevralın 15-də səhər saatlarından etibarən bərpasına başlanılıb.

Azvision.az


Teqlər: Azəriqaz   Qaz  





Xəbər lenti