Nazir müavinləri bölgələrdə vətəndaşları qəbul edib

Nazir müavinləri bölgələrdə vətəndaşları qəbul edib
  14 Fevral 2020    Oxunub:1807
Bu gün Energetika nazirinin müavini Samir Vəliyev Gəncə şəhərində, nazir müavini Elnur Soltanov isə Hacıqabulda vətəndaşları qəbul edib.
Nazirliyin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, vətəndaşlar tərəfindən səsləndirilən müraciətlər təbii qaz təchizatı, qaz qurğularının istismara qəbulu, elektrik enerjisi təchizatı, elektrik enerjisindən istifadəyə görə yaranmış borc və cərimələrin silinməsi, işlə təminat və digər məsələləri əhatə edib.

Qəbul zamanı vətəndaşların müraciətləri dinlənilib və qanunvericiliyin tələblərinə uyğun həll edilməsi üçün müvafiq tapşırıqlar verilib. Nazirliyin fəaliyyət dairəsinə aid olmayan müraciətlər isə aidiyyəti qurumlara çatdırılması üçün qeydiyyata alınıb.

Ümumilikdə qəbullarda 10 vətəndaşın müraciətinə baxılıb.

Azvision.az


Teqlər: Vətəndaş   Qəbul  





Xəbər lenti