Yanvarda 11 550 yeni abonent qeydiyyata alınıb

  14 Fevral 2020    Oxunub : 1099
Yanvarda 11 550 yeni abonent qeydiyyata alınıb
Bu ilin yanvar ayı ərzində Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyində əhali sektoru üzrə 11 551 yeni abonent qeydiyyata alınıb.
Azəriqaz”dan Azvision.az -a verilən məlumata görə, bunun da 7 467-si Bakı, Abşeron və Sumqayıt, 4 084-ü isə regionlar üzrədir. Beləliklə, hazırda Birlik üzrə bu ilin fevralın 1-nə əhali qrupu üzrə qazdan istifadə edən 2 milyon 256 min 870 istehlakçı qeydiyyata alınıb. Bunun 1 milyon 388 min 731-i regionlar, 868 139-u Bakı şəhəri üzrədir.

Qeyd edək ki, 2020-ci ildə də əvvəlki illərdə olduğu kimi qeyri-əhali sektoru üzrə 592 məscid və dini məbədə təbii qazdan əvəzsiz istifadə üçün 5 000 kubmetr limit ayrılıb.

Azvision.az

Teqlər: Azəriqaz