Lənkəranda əmək yarmarkası keçirilib

Lənkəranda əmək yarmarkası keçirilib
  14 Fevral 2020    Oxunub:2629
Fevralın 14-də Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı nümayəndəliyi ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) maliyyə dəstəyi ilə həyata keçirdiyi “Dayanıqlılıq naminə ictimai fəaliyyət” layihəsi çərçivəsində Lənkəranda əmək yarmarkası (karyera günləri) təşkil edib.
Nümayəndəlikdən Azvision.az -a verilən məlumata görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti ilə əməkdaşlıq şəraitində Heydər Əliyev Mərkəzlərində təşkil edilən yarmarka Lənkəranda böyük maraq doğurub. Yarmarkada 40 şirkət 300-dən çox vakansiya ilə təmsil olunub.

Azvision.az


Teqlər: Yarmarka  





Xəbər lenti