“Azərişıq” ötən beş ildə gördüyü işləri açıqladı

“Azərişıq” ötən beş ildə gördüyü işləri açıqladı
  14 Fevral 2020    Oxunub:2118
“Azərişıq” ASC 2015-2019-cu illər ərzində gördüyü işləri açıqlayıb.
ASC-dən Azvision.az -a verilən məlumata görə, ötən beş ildə 41 ədəd 110 kilovoltluq (kV), 110 ədəd 35 kV-luq yarımstansiya, 135 ədəd 10-6 kV-luq transformator məntəqəsi (TM), 3943 ədəd 10-6 kV-luq komplekt transformator məntəqəsi (KTM) tikilib. Həmçinin 35 min 505 kilometr müxtəlif gərginlikli elektrik verilişi xətləri (EVX) çəkilib, 42 ədəd 110 kV-luq və 258 ədəd 35 kV-luq yarımstansiya, 12 min 300 ədəd 10-6 kV-luq TM və KTM, eləcə də 22 min kilometr müxtəlif gərginlikli EVX-ləri təmir edilib.

Bundan başqa, 590 yaşayış məntəqəsinin 0,4 kV-luq elektrik şəbəkələri tam yenidən qurulub. Gücü 55 meqavat təşkil edən Yeni Yaşma və Şurabad qəsəbələrində külək elektrik stansiyaları bərpa olunaraq elektrik şəbəkələrinə qoşulub.

Azvision.az



Teqlər: Azərişıq  





Xəbər lenti