Ölkəmizdən Avropaya aparılan 10 maşın fındıq geri qaytarılıb
Q.Təhməzli bildirib ki, ölkədən Avropa İttifaqına ixrac olunan fındıqdan 10 nəqliyyat vasitəsi, 2018-ci ildə isə 18 nəqliyyat vasitəsi tərkibində aflotoksinin miqdarının yüksək olması səbəbindən geri qaytarılıb: "2018-ci ilin ilk yarısında 17, ikinci yarısında isə (Agentlik fəaliyyətə başladığı dövrdə) cəmi 1 avtonəqliyyat vasitəsi geri qaytarılıb. Ötən il ərzində 28 573.2 dkl şərab məhsulu qida təhlükəsizliyi sertifikatı ilə təmin olunaraq, əsasən Aİ ölkələrinə, eləcə də Rusiya və Çinə ixrac olunub. 2019-cu il ərzində 580 934 ton meyvə tərəvəz, o cümlədən 61 089 ton kartof müvafiq sertifikatla təmin olunaraq ixrac edilib. Həmin meyvə və tərəvəz məhsullarından cəmi 8 avtonəqliyyat vasitəsi ixrac olunduğu ölkələrdən geri qaytarılıb. Bu meyvə tərəvəz məhsullarının ümumi ixracının 0,02 %-ni təşkil edir. Bunlar ciddi göstəricilərdir və Azərbaycan qida məhsullarının etibar qazanmasının bariz göstəricisidir".
Elvin Abdulqədirov
Azvision.az