Abşeronda 17 küçə təmir edilir
Təmiri aparılan və nəzərdə tutulmuş küçələr Mehdiabad qəsəbəsi üzrə Qara Qarayev, Cəfər Cabbarlı, Əhməd Cavad və Çingiz Mustafayev, Qobu qəsəbəsi üzrə Mirzə Ələkbər Sabir, Qara Qarayev, Aşur Həsənbalayev, Çingiz Mustafayev və Sona Salmanova, Ceyranbatan qəsəbəsi üzrə Heydər Əliyev, Masazır kəndi üzrə Qaçaq Nəbi, Hacı Zeynalabdin Tağıyev, Faiq Həsənov, Nazim Əsədov, Akim Abbasov və Şıxəli Qurbanov küçələri, Saray qəsəbəsi üzrə isə Mikayıl Müşfiq küçəsi və Heydər Əliyev prospektidir.
Aparılan təmir-tikinti işləri çərçivəsində küçələr boyu zəruri olan yerlərdə köhnə örtük sökülür və yararsız qrunt qazılaraq çıxarılır, əvəzinə yararlı material tökülərək kipləşdirilir. Daha sonra yeni asfalt-beton örtüyü döşənir.
Qeyd olunan ərazilərdə təmir işlərinin həcmi ilkin olaraq ayrılmış vəsait hesabına aparılır. Növbəti mərhələlərdə ayrılan vəsaitə uyğun olaraq, sözügedən qəsəbələr üzrə təmirə ehtiyacı olan digər küçə və yollarda da təmir işlərinin aparılması nəzərdə tutulur.
Tikinti norma və standartlarına uyğun şəkildə aparılan işlər Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin şəxsi nəzarəti altındadır. İşlərin vaxtında yekunlaşdırılması üçün ərazilərə lazımi sayda canlı qüvvə və texnika cəlb edilib.
Azvision.az