Naxçıvanda 48 mindən çox şəxsin pensiyası artırıldı
Qeyd olunub ki, həmin sərəncama əsasən, əmək pensiyalarının sığorta hissəsi 2019-cu il üzrə orta aylıq nominal əməkhaqqının Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq 16,6 faiz artırılacaq. Artımlar muxtar respublika üzrə 48 mindən artıq əmək pensiyaçısına şamil ediləcəkdir. Sərəncamın icrası məqsədilə Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsi, onun şəhər və rayon şöbələri tərəfindən müəyyən işlər görülür.
Muxtar respublikada indeksləşmə qısa müddət ərzində yekunlaşdırılaraq bütün növ əmək pensiyaları ürzə hesablanmış artımlar yanvar ayının artımları da daxil olmaqla 2020-ci il fevral ayının pensiya ödənişində əmək pensiyaçılarına ödəniləcək. Həmçinin Dövlət Statistika Komitəsi tərəfindən müəyyən edilən istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq muxtar respublika üzrə fərdi uçotsistemində qeydiyyatda olan sığortaolunanların fərdi hesabının sığorta hissəsində toplanmış pensiya kapitalı məbləğləri də yanvarın 1-dən indeksləşdirilməklə 2,6 faiz artırılacaq.
Azvision.az