Azərbaycan millisi Türkiyədə heç-heçə edib

Azərbaycan millisi Türkiyədə heç-heçə edib
  30 Dekabr 2019    Oxunub:2263
Türkiyədə təlim-məşq toplanışında olan qadın voleybolçulardan ibarət Azərbaycan milli komandası ilk yoxlama matçını keçirib.

Azvision.az xəbər verir ki, yığmamız İstanbulda “Fənərbağça” klubu ilə üz-üzə gəlib.
Qarşılaşma voleybolçularımız üçün yaxşı başlayıb. Yığmamız Vasif Talıbovun rəhbərliyi altında ilk qarşılaşmadan 2:2 hesablı heç-heçə ilə ayrılıb.

Qeyd edək ki, Olimpiya təsnifat turnirinə hazırlaşan millimiz qardaş ölkədə daha bir sınaq oyunu keçirəcək. Rəqib “Türk Hava Yolları” olacaq.

Azvision.az


Teqlər: Türkiyə   Milli   Voleybol  





Xəbər lenti