Azərbaycana 40 minə yaxın avtomobil gətirilib

Azərbaycana 40 minə yaxın avtomobil gətirilib
  29 Dekabr 2019    Oxunub:2068
Bu ilin yanvar-noyabr aylarında Azərbaycana idxal olunan avtomobillərin sayı 39 min 988 olub.
Dövlət Gömrük Komitəsindən Azvision.az -a verilən məlumata görə, ölkəyə gətirilən avtomobillərin 494-ü sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitəsi, 36 min 61-i əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitəsi, 3261-i yük daşımaq üçün motorlu nəqliyyat vasitəsi, 172-si isə xüsusi təyinatlı motorlu nəqliyyat vasitəsidir.

Azvision.az



Teqlər: Statistika   İdxal   Avtomobil  





Xəbər lenti