11 ayda 2072 avtomobil istehsal olunub

11 ayda 2072 avtomobil istehsal olunub
  27 Dekabr 2019    Oxunub:3171
Cari ilin yanvar-noyabr aylarında ölkədə 2072 minik avtomobili istehsal edilib.
Azvision.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, hesabat dövründə maşın və avadanlıqların, sair nəqliyyat vasitələrinin, avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahələrində 299,5 milyon manatlıq məhsul istehsal edilib.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə maşın və avadanlıqların istehsalı 5,2 faiz artıb, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 24,3 faiz, sair nəqliyyat vasitələrinin istehsalı isə 10 faiz azalıb. Həmçinin dövr ərzində 901 traktor istehsal olunub.

Azvision.az



Teqlər: Statistika  





Xəbər lenti