“Nar” Laza kəndini 4G şəbəkəsi ilə təmin etdi
“Nar” interneti bütün ölkə əhalisi üçün əlçatan etmək məqsədilə Bakı və Abşeron yarımadası ilə yanaşı, regionlarda, şəhər və rayon mərkəzlərində də baza stansiyalarının sayını daim artırır. Bölgələrə xüsusi diqqəti ilə seçilən “Nar”, hazırda 54 regionu 4G şəbəkəsi ilə təmin edib. 4G və 3G baza stansiyalarının sayını sürətlə artırmaqla mobil operator, Azərbaycanın ən ucqar kəndlərini belə mobil rabitə xidmətlərilə təmin edir. Aparılan təkmilləşmə işləri nəticəsində 4G şəbəkəsi hazırda ölkə əhalisinin 92%-ni, ölkə ərazisinin isə 74,3%-ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir.
Azvision.az