Azərbaycan ən çox Rusiyadan məhsul idxal edir

   Azərbaycan ən çox Rusiyadan məhsul idxal edir
  26 Dekabr 2019    Oxunub:2871
Azərbaycan yanvar-noyabr aylarında ən çox Rusiyadan məhsul idxal edib.
Azvision.az Dövlət Gömrük Komitəsinə (DGK) istinadən xəbər verir ki, 11 ayda ölkəyə ən çox Rusiya, Türkiyə və İsveçrədən məhsul idxal olunub. Rusiyadan idxalın dəyəri 2 milyard 70,1 milyon ABŞ dolları, Türkiyədən 1 milyard 482,3 milyon dollar, İsveçrədən isə 1 milyard 219 milyon dollar olub.

Azvision.az



Teqlər: DGK   Gömrük  





Xəbər lenti