BMW 312 min avtomobili geri çağırır
Bildirilib ki, dekabrın 27-də başlayacaq proses çərçivəsində “BMW Group”un Çindəki müştərək müəssisəsi olan “BMW Brilliance Automotive”in 2011-2016-cı illərdə istehsal etdiyi BMW 3-cü seriya modelindən müxtəlif modifikasiyalı avtomobillər geri çağırılacaq.
Administrasiyanın mütəxəssisləri hesab edirlər ki, nasaz çənlər yanacaq çatışmazlığına, o da öz növbəsində təhlükəsizlik risklərinin çoxalmasına səbəb ola bilər. “BMW Brilliance Automotive” nasaz detalları öz hesabına dəyişəcəyini bəyan edib.
Azvision.az
Teqlər: BMW