Azərbaycanın AÇG üzrə gəliri 140 milyarddan çoxdur

Azərbaycanın AÇG üzrə gəliri 140 milyarddan çoxdur
  20 Dekabr 2019    Oxunub:2281
Azərbaycanın Azəri-Çıraq-Günəşli (AÇG) yatağından əldə etdiyi birbaşa gəlir 140 milyard dollardan artıqdır.
Azvision.az xəbər verir ki, bunu BP şirkətinin Azərbaycan, Gürcüstan, Türkiyə regionunda xarici əlaqələr və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli Xarici Ticarət İştirakçılarının 2-ci Respublika Forumunda deyib.

Onun sözlərinə görə, indiyədək AÇG-dən təxminən 45 milyard kubmetr həcmində səmt qazı dövlətə təmənnasız təhvil verilib. Bundan əlavə, "Şahdəniz" kondensat yatağından isə bu vaxtadək 112 milyard kubmetr qaz hasil edilib.

Anar Kəlbiyev
Azvision.az


Teqlər: BP   AÇG   Qaz  





Xəbər lenti