Ölkədə 5 milyona yaxın məşğul əhali var

Ölkədə 5 milyona yaxın məşğul əhali var
  20 Dekabr 2019    Oxunub:2486
Bu il dekabrın 1-nə olan məlumata əsasən ölkəmizdə 5 milyon 194 min 700 nəfər iqtisadi fəal əhali olub, onun 4 milyon 942 min 700 nəfərini məşğul əhali təşkil edib.
Dövlət Statistika Komitəsindən Azvision.az -a verilən məlumata görə, bu il noyabrın 1-nə olan məlumata görə, muzdla işləyənlərin sayı 1 milyon 641 min nəfər olub, onlardan 911 min 400 nəfəri iqtisadiyyatın dövlət sektorunda, 729 min 600 nəfəri isə qeyri-dövlət sektorunda çalışıb. İqtisadiyyatın neft-qaz sektorunda 34 min 900 nəfər, qeyri-neft-qaz sektorunda isə 1 milyon 606 min 100 nəfər işləyib. Müəssisə və təşkilatlarda muzdla çalışan işçilərin 24,2 faizi məhsul istehsalı sahələrində, o cümlədən 7,6 faizi tikintidə, 7,5 faizi emal sənayesində, 3,3 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində, 2,1 faizi mədənçıxarma sənayesində, 1,9 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalı, 1,8 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sahələrində məşğul olub.

Xidmət sahəsində işləyənlərin 20,3 faizi təhsil, 17,8 faizi ticarət, nəqliyyat vasitələrinin təmiri, 8,2 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6,9 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,5 faizi nəqliyyat və anbar təsərrüfatı, 4,2 faizi inzibati və yardımçı xidmətlərin göstərilməsi, 3,4 faizi peşə, elmi və texniki fəaliyyət, 3,3 faizi istirahət, əyləncə və incəsənət, 1,7 faizi informasiya və rabitə, 1,7 faizi maliyyə və sığorta fəaliyyəti, 1,6 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,2 faizi digər sahələrdə xidmətlərin göstərilməsi və 1,0 faizi daşınmaz əmlakla əlaqədar əməliyyatlar sahələrində çalışıblar.

Azvision.az



Teqlər: DSK   Əhali  





Xəbər lenti