Nazirlik “Vətəndaşın büdcə bələdçisi”ni hazırladı

Nazirlik “Vətəndaşın büdcə bələdçisi”ni hazırladı
  19 Dekabr 2019    Oxunub:2473
Maliyyə Nazirliyi tərəfindən Azərbaycan Respublikasının 2020-ci il üçün dövlət və icmal büdcələrini özündə birləşdirən “Vətəndaşın büdcə bələdçisi” kitabı hazırlanıb.
Nazirliyin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, kitabda dövlət və icmal büdcələrin əsas parametrləri və istiqamətləri, büdcə layihəsinin hazırlanması zamanı müvafiq işlərin həyata keçirilməsi haqqında məlumat, büdcə gəlirinin formalaşması mənbələri və xərclərin istiqamətləri haqqında əsas məlumatlar toplusu əks olunub.

Qeyd edək ki, büdcə ilə bağlı əhalinin məlumatlı olması çox mühüm məsələlərdən biridir. Lakin, büdcə olduqca mürəkkəb və xüsusi bilik tələb edən bir maliyyə sənədidir. Büdcənin strukturuna daxil olan bütün məlumatlar ilkin baxışda oxucular üçün maraqlı olmaya bilər. Belə ki, büdcə sisteminə daxil olan büdcələrin tərtibi, onların gəlir və xərclərinin, kəsirinin strukturu, gəlirlərin formalaşma mənbələri, xərclərin istifadə istiqamətləri və kəsirinin maliyyəşdirmə mənbələri üzrə çoxsaylı məlumatların təhlili xeyli vaxt tələb edir.

Bütövlükdə dövlət və icmal büdcələrinin gəlir və xərcləri barədə qısa və anlayışlı məlumatın əldə edilməsi, büdcənin mahiyyəti, onun parametrlərinin tərtibi və icrası prosesi ilə bağlı əhalinin maarifləndirilməsi, dövlətin büdcə siyasətinin daha sadə dildə açıqlanması üçün Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən hazırlanmış “Vətəndaşın büdcə bələdçisi” kitabı vətəndaşların ixtiyarına verilir. Bu məlumat toplusu vətəndaşlara büdcə sahəsində bələdçilik edəcək, büdcəni daha asan və aydın şəkildə başa düşülməsində yardımçı olacaq.

Dövlət və icmal büdcələrin layihələrinin əhali ilə geniş ictimai müzakirələrin təmin edilməsi, onların bu müzakirələrdə yaxından iştirakının təşkili üçün 2020-ci il dövlət və icmal büdcələrinin layihələri üzrə göstəricilər Maliyyə Nazirliyinin rəsmi internet səhifəsində yerləşdiriib.

Azvision.az


Teqlər: Maliyyə-Nazirliyi   Kitab  





Xəbər lenti