Aksiz vergisi üzrə daxilolmalar artıb

Aksiz vergisi üzrə daxilolmalar artıb
  18 Dekabr 2019    Oxunub:2421
Cari ilin yanvar-oktyabr aylarında aksiz vergisi üzrə daxilolmalar ötən ilin eyni dövrü ilə müqayisədə 20 faiz artıb.
Vergilər Nazirliyinin Media və Kommunikasiya İdarəsindən Azvision.az -a verilən məlumata görə, hesabat dövründə bu vergi üzrə 746,1 milyon manat vəsait daxil olub.

Həmin dövrdə xarici iqtisadi fəaliyyətlə bağlı vergilər isə keçən ilin müvafiq ayları ilə müqayisədə 19 faiz artıb. Yanvar-oktyabr aylarında əlavə dəyər vergisi üzrə daxilolmalar ötən ilin eyni dövrünə nisbətən 17 faiz artaraq 4 milyard 208,3 milyon manata çatıb. Əmlak vergisində isə 12 faizlik artım müşahidə edilib.

Azvision.az



Teqlər: Vergilər-Nazirliyi   Vergi  





Xəbər lenti