Budəfəki hərracda nəqliyyat vasitələri özəlləşdirilib

Budəfəki hərracda nəqliyyat vasitələri özəlləşdirilib
  03 Dekabr 2019    Oxunub:2889
Dekabrın 3-də dövlət əmlaklarının özəlləşdirilməsi üzrə növbəti hərrac keçirilib. Budəfəki hərracda nəqliyyat vasitələri özəlləşdirilib.
Əmlak Məsələləri Dövlət Komitəsindən Azvision.az - verilən məlumata görə, nəqliyyat vasitələrindən biri rəqabətli şəkildə özəlləşdirilib. Belə ki, 2005-ci il istehsalı olan “Chevrolet Niva”nın ilkin qiyməti 4 min manat olsa da artırılan təkliflər nəticəsində maşın 5200 manata özəlləşdirilib.

Bundan başqa, alman istehsalı olan “Mercedes Benz Viano” da alıcıların diqqətini cəlb edib. İstehsal ili 2012-ci il olan bu maşın 36 min manata özəlləşdirilib. Digər özəlləşdirilən nəqliyyat vasitəsi isə Rusiya istehsalı olan “QAZ-221721”dir.

Qeyd edək ki, növbəti özəlləşdirilmə hərracı dekabrın 10-da keçiriləcək. Hərraca çıxarılan dövlət əmlakları ilə tanış olmaq və iştirak statusu qazanmaq istəyən şəxslər rəsmi sayta (emdk.gov.az) və ya Özəlləşdirmə portalına (privatization.az) daxil ola bilərlər. Vətəndaşlar dövlət əmlakları üzrə sifarişləri elektron formada verməklə yanaşı, hərraclarda onlayn iştirak edə bilərlər.

Azvision.az



Teqlər: ƏmlakMəsələləriDövlətKomitəsi   Özəlləşdirmə  





Xəbər lenti