Muxtar Babayev: COP29 Sədrliyi COP30 təşkilatçıları ilə həmrəydir

      Muxtar Babayev:    COP29 Sədrliyi COP30 təşkilatçıları ilə həmrəydir
  22 Yanvar 2025    Oxunub:245
COP29 Sədrliyi COP30-un Braziliyada uğurla keçirilməsinə, hamı üçün səmərəli və faydalı olmasına dəstək verməyə hazır olduğunu bildirir.

AzVision.az xəbər verir ki, COP29-un prezidenti Muxtar Babayevin bu sözləri sədrliyin "X" sosial şəbəkəsindəki paylaşımında öz əksini tapıb.

"Biz BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 30-cu sessiyasının (COP30) prezidenti vəzifəsinə Braziliyanın xarici işlər nazirinin müavini Andre Korrea du Laqunun, COP30-un baş direktoru vəzifəsinə isə iqlim dəyişikliyi üzrə milli katib Ana Toninin təyin olunmasını alqışlayırıq. COP29 Sədrliyi COP30-un uğurunu təmin etmək üçün dəstək göstərəcək", - paylaşımda qeyd olunub.



AzVision.az



Teqlər:





Xəbər lenti