Prezident nazirliyə 20 milyon manat ayırdı

 Prezident nazirliyə 20 milyon manat ayırdı
  02 Dekabr 2019    Oxunub:11486
Əhalinin sosial müdafiəyə xüsusi ehtiyac duyan təbəqələrinin rifahının yüksəldilməsi, onların cəmiyyətə fəal inteqrasiyası istiqamətində son illərdə mühüm addımlar atılıb, bu qəbildən olan insanların çoxsaylı sosial proqramlara, o cümlədən sağlamlıq, reabilitasiya, ödənişsiz istirahət, texniki bərpa və nəqliyyat vasitələri ilə təminat proqramlarına cəlb olunması uğurla həyata keçirilib. Xüsusilə bərpa-müalicə şəbəkəsinin bölgələr üzrə genişləndirilməsi təmin olunub, sağlamlıq imkanları məhdud uşaqların tibbi-sosial reabilitasiyası işinin gücləndirilməsi məqsədilə uşaq bərpa mərkəzləri yaradılıb.
Azvision.az xəbər verir ki, Konstitusiyanın 109-cu maddəsinin 32-ci bəndinə əsasən Prezident İlham Əliyev bir sıra sosial təyinatlı obyektlərin layihələndirilməsi, tikintisi, əsaslı təmiri, bərpa yolu ilə gücləndirilməsi və avadanlıqla təchizatı məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə 20 019 100 (iyirmi milyon on doqquz min yüz) manat vəsait ayırıb.

Nazirlər Kabinetinə həmin Sərəncamdan irəli gələn məsələləri həll edilməsi tapşırılıb.

Azvision.az



Teqlər: İlham-Əliyev   Prezident  





Xəbər lenti