Azərbaycan Almaniyaya 3,1 milyard dollar sərmayə yatırıb

   Azərbaycan Almaniyaya 3,1 milyard dollar sərmayə yatırıb
  30 Noyabr 2019    Oxunub:2009
Bu vaxtadək Almaniya tərəfindən Azərbaycan iqtisadiyyatına 626,6 milyon ABŞ dolları məbləğində investisiya yatırılıb.
Azvision.az AzərTAC-a istinadən xəbər verir ki, bu barədə noyabrın 29-da Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GIZ) təşkilatçılığı ilə “Azərbaycanın biznes ictimaiyyətində menecerlərin ixtisasının artırılması üzrə Almaniya-Azərbaycan birgə Proqramı”nın 10 illiyinə həsr olunmuş tədbirdə KOBİA-nın idarə heyətinin sədri Orxan Məmmədov deyib.

O.Məmmədov bildirib ki, həmin investisiyanın 96 faizi qeyri-neft sektoruna yönəldilib. Eyni zamanda, Azərbaycandan Almaniya iqtisadiyyatına 3,1 milyard dollar sərmayə qoyulub.

Azvision.az


Teqlər: KOBİA   Almaniya  





Xəbər lenti