Kənd turizmini inkişaf etdirmək üçün əsas şərtlər

Kənd turizmini inkişaf etdirmək üçün əsas şərtlər
  29 Noyabr 2019    Oxunub:2025
Kənd turizminin inkişafı imkanlarının artırılması nəzərdə tutulur.
Azvision.az xəbər verir ki, bunu Azərbaycan Turizm Bürosunun Baş icraçı direktoru Florian Zenqstşmit deyib.

Onun sözlərinə görə, bu sahədə çalışan insanların sayı mütləq şəkildə artırılmalı, onlar təlimə cəlb edilməlidir: "Kənd turizminin inkişafı üçün 4 funksiya nəzərdə tutulur. Bu, onların siyahıya alınması, icma şəklində formalaşdırılması, müəyyən islahatlar tətbiq edilməklə fəaliyyətə cəlb edilməsindən ibarətdir".

F. Zenqstşmit qeyd edib ki, əsas məqsədlərdən biri turistləri münasib qiymətə otellə təmin etməkdir: "Müşahidələr göstərir ki, ölkəyə gələn turistlər 4 və 5 ulduzlu otellərdə qalırlar. Amma Dövlət Turizm Agentliyinin aşağı büdcəli otellərdə qalmaq istəyən turistlər üçün də təklifləri var.

Kənd yerlərində yaşayanlar öz evlərini bu şəbəkəyə əlavə etməklə və münasib təlim keçməklə belə bir platforma yarada bilərlər. Təəssüflər olsun ki, onların nə belə bir şəbəkəyə qoşulma imkanları mövcuddur, nə də belə platformalar əlverişli şəkildə yerli və xarici turistlərə təqdim edilir.

Dövlət Turizm Agentliyi ilə birlikdə münasib mülkiyyət tipli ev təsərrüfatlarının şəbəkəyə qoşulması, xarici və yerli turistlərə bu platformadan istifadə imkanlarının yaradılması müzakirə olunmaqdadır".

Aytən Zəhra
Azvision.az


Teqlər: Turizm  





Xəbər lenti