10 ayda ən çox Rusiyaya məhsul göndərilib

10 ayda ən çox Rusiyaya məhsul göndərilib
  24 Noyabr 2019    Oxunub:2710
Cari ilin yanvar-oktyabr aylarında Azərbaycan MDB-yə üzv ölkələr arasında ən çox Rusiyaya məhsul ixrac edib.
Dövlət Gömrük Komitəsindən (DGK) Azvision.az -a verilən məlumata görə, Azərbaycanın 10 ayda MDB ölkələri arasında ən çox məhsul ixrac etdiyi ölkələr Rusiya, Ukrayna və Qazaxıstan olub.

Rusiyaya ixrac olunan məhsulların dəyəri 570 milyon 78 min ABŞ dolları, Ukraynaya 327 milyon 399 min dollar, Qazaxıstana isə 21 milyon 135 min dollardır.

Azvision.az



Teqlər: Gömrük   İdxal   İxrac  





Xəbər lenti