Mişel Obama da qurban oldu

Mişel Obama da qurban oldu
  13 Mart 2013    Oxunub:1850
Amerikanın birinci xanımı da xaker hücumunun qurbanı olub. İnternetdə xanım Obamanın şəxsi məlumatları yayımlanıb.
Xakerlər müxtəlif sayt və sosial şəbəkələrdə Mişel Obamanın kredit əməliyyatları, sığorta kartının nömrəsi, ünvan və telefon nömrələrini yayımlayıblar. Rəsmi Vaşinqton bu informasiyanı şərh etməsə də Lon-Anceles polisi artıq təhqiqata başlayıb.

Xatırladaq ki, xaker hücumlarının son qurbanları arasında Mişel Obama ilə yanaşı, Hillari Klinton, vitse-prezident Jozef Bayden kimi nüfuzlu amerikalı siyasətçilər, Britni Spirs, Beyons. Eşton Katçer və Mel Gibson kimi tanınmışlar da var.



Teqlər:  





Xəbər lenti