İşığın qiyməti qalxmayacaq – RƏSMİ AÇIQLAMA

  12 Dekabr 2013    Oxunub : 654
İşığın qiyməti qalxmayacaq – RƏSMİ AÇIQLAMA
“Qiymətlərlə bağlı bizim tərəfimizdən Tarif Şurasına heç bir təklif verilməyib”.

AzVision.az-ın verdiyi məlumata görə, bunu “Azərenerji” ASC-nin rəhbəri Etibar Pirverdiyev jurnalistlərə açıqlamasında deyib. O, bildirib ki, bununla bağlı onlar tərəfindən heç bir təklif və müraciət olunmayıb.

Qış ayına hazırlıqla bağlı danışan E.Priverdiyev bildirib ki, qışa hazırlıq hər il olduğu kimi bu il normal səviyyədədir: “Lazımi qədər enerji ehtiyatımız var. Yeni xətlər və ölkə başçısının rəhbərliyi altında son illərdə yeni elektrik stansiyaları tikilib. Yəni bütün bunlar bizə deməyə imkan verir ki, qışa hazırlıq lazımı səviyyədə görülüb. Amma heç bir enerji sistemi deyə bilməz ki, qışa tam hazırdır. Çünki, elə hava şəraiti ola bilər ki, müəyyən fasilələr ola bilər”.

E.Pirverdiyev onu da əlavə edib ki, enerjinin maya dəyərinin artmasına baxmayaraq, istehlakçıların narahatlığına əsas yoxdur.

Fatimə Kərimli

Teqlər: