Sərkisyan prezidentə yalvardı

Sərkisyan prezidentə yalvardı
  13 Mart 2013    Oxunub:2032
"Bundan sonra da Rusiyanın köməyinə və dəstəyinə ümid edirik"
Rusiyanın paytaxtı Moskvada Vladimir Putinlə Ermənistan prezidenti Serj Sarkisyan arasında görüş keçirilib. Rusiya mətbuatının verdiyi məlumata görə, görüş Putinin Novo-Oqaryovadakı iqamətgahında baş tutub. Görüş zamanı Sarkisyan Rusiya prezidentini Ermənistana səfərə dəvət edib: “Rusiya bizim strateji tərəfdaşımızdır. Ona görə də, prezident seçkilərindən sonra ilk xarici səfərimi Moskvaya etdim”.

Sarkisyan Rusiya prezidentinə hərbi sahədə əlaqələrin inkişafına görə təşəkkürünü bildirib: “Biz siyasət, iqtisadiyyat, hərbi və humanitar sahələrdə nəticələr əldə etmişik. Bundan sonra da Rusiyanın köməyinə və dəstəyinə ümid edirik”.

Putin isə Sarkisyanı ikinci dəfə prezident seçilməsi münasibətilə təbrik edib. O, Rusiyanın Ermənistanla xüsusi münasibətlərinin olduğunu söyləyib: “Bu münasibətlər uğurla inkişaf edir. Mənim üçün çox xoşdur ki, Ermənistanın ən böyük ticarət tərəfdaşı Rusiyadır. Rusiya Ermənistana qoyulan xarici investisiyaların miqdarına görə də birinci yeri tutur. İki ölkə arasında siyasi əlaqələr də inkişaf edir. Bu, insanlar arasındakı əlaqələrin möhkəmləndirilməsi üçün yaxşı zəmin yaradır”.(ANS)


Teqlər:  





Xəbər lenti