Söyün Sadıqovun ofisinə gələnlər əslində kimlər olub – EKSKLÜZİV

Söyün Sadıqovun ofisinə gələnlər əslində kimlər olub – EKSKLÜZİV
  12 Mart 2013    Oxunub:1481
Bu gün Azərbaycanın internet xəbər saytlarında “Azərros”un fəxri prezidenti Söyün Sadıqovun “Mosrekonstruksiya” şirkətinin Moskva meriyası və OMON tərəfindən martın 11-də Moskva şəhəri, Xavskaya, 26 ünvanında yerləşən ofisindən güclə çıxarılması barədə xəbər yayılıb.
Azərbaycanın Daxili İşlər Nazirliyinin Rusiyadakı təmsilçisi Eldar Səmədovun verdiyi məlumata görə, martın 11-də doğrudan da, Rusiya hökumətinin nümayəndələri Söyün Sadıqovun ofisinə gəliblər, lakin gələnlər OMON-çular deyil, məhkəmə pristavları olublar. Səbəb şirkətin yerləşdiyi bina ilə bağlı yaranan mülkiyyət mübahisəsidir. Məqsəd Sadıqovu ofsindən çıxarmaq olub, lakin bu, baş tutmayıb.
Onu da qeyd edək ki, bu, Söyün Sadıqovu ofisindən çıxarmaq üçün edliən ilk cəhd deyil. İlk dəfə buna 2013-cü il yanvarın 30-da cəhd göstərilib.
Hazırda məsələ ilə bağlı araşdırma aparılır.

AzVision.az


Teqlər:  





Xəbər lenti