Fevral ayında ekranlara çıxacaq “Pompey” filmi yaxın ayların ən çox gözlənilən ekran əsərlərindən birincisidir. Filmdəki hadisələr Vezuvi vulkanının püskürdüyü əsnada Qədim Romanın Pompey şəhərində baş verir.
Rejissor Pol Andersonun çəkdiyi filmin süjet xəttinə görə, qladiator Milon (Kit Herrinqton) öz ağasının qızı Kassiyanı (Emili Braiuninq) sevir və günlərin birində azadlığa qovuşaraq, onunla evlənmək arzusuyla yaşayır.
Amma tezliklə öyrənir ki, qız xəyanətkar Roma senatoruna (Kifer Sazerlend) ərə verilir, onun özü isə Neapola satılır.
Amma Vezuvi püskürməyə başlayanda Milon Amfiteatrda qalmış dostunu və sevgilisini xilas etmək üçün Pompeyə qayıdır.