Ovanisyan Putini tənqid etdi

Ovanisyan Putini tənqid etdi
  12 Mart 2013    Oxunub:1800
Müxalifət lideri Rusiya prezidentini Ermənistanda keçirilən 18 fevral prezident seçkiləri zamanı saxtakarlığa şərik çıxmaqda günahlandırıb.
Ermənistanda çoxsaylı qanun pozuntuları ilə müşayiət olunan son prezident seçkisi başa çatsa da, müxalifət etirazlarını davam etdirir. Seçkidə qalib gəldiyini iddia edən "İrs" partiyasının lideri Raffi Ovanisyan ətrafında birləşən müxalifət tərəfdarları bu dəfə ölkə prezidentı Serj Sərkisyanı Azadlıq meydanına debata dəvət edib. Bildirib ki, hakimiyyətə yaxın mənbələrin guya onun özünün debatlardan qaçması barədə yaydıqları informasiyalar reallığı əks etdirmir:

"Mən burdayam. Serj Sərkisyana iqamətgahına piyada gederkən məqsədimi bildirmişəm. İndi növbə onundur. Gəlsin Azadlıq meydanına. Burda onu gözləyirəm. Bilsin ki, prezidentlikdən könüllü əl çəkməyənə qədər mən və tərfdarlarım buranı tərk etməyəcəyik". Raffi Ovanesyan Sərkisyanın son Rusiya səfərini sərt tənqid edib.

"Ölkəni Moskvanın əlaltısına çevirib" deyən "İrs" lideri bildirib ki, iki ölkə arasındakı münasibətlər yalnız bərabər hüquqlu və Ermənistanın gələcəyi naminə qurulmalıdır. Putinin görüş zamanı Sərkisyanı nümayişkaranə şəkildə seçilməsi münasibətilə təbrik etməsinə də münasibət bildirən Ovanisyan Rusiya prezidentini məzəmmət edib.

"Təbrikdə tələskənliyə yol verdi" deyən müxalifət lideri onu seçki saxtakarlığına şərik çıxmaqda günahlandırıb. Sonda Ovanisyan seçki saxtakarlığına etiraz olaraq aclıq aksiyasına başladığını bir daha bəyan edib.


Teqlər:  





Xəbər lenti