Agentliyin direktoru kollegiyadan çıxarıldı

Agentliyin direktoru kollegiyadan çıxarıldı
  22 May 2019    Oxunub:2256
Təhsil Nazirliyinin təklifinə əsasən Nazirlər Kabineti “Azərbaycan Respublikası Təhsil Nazirliyinin kollegiyasının tərkibi haqqında” qərarında dəyişiklik edib.
Azvision.az xəbər verir ki, Baş nazir Novruz Məmmədovun imzaladığı qərara əsasən Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Təhsil Nazirliyinin kollegiyasının üzvlüyündən tərkibindən çıxarılıb.

Belə ki, bundan sonra, təhsil nazirinin rəhbərlik etdiyi kollegiyanın üzvləri təhsil nazirinin müavinləri, Naxçıvan Muxtar Respublikasının təhsil naziri, Təhsil Nazirliyi Aparatının rəhbəri, Təhsil Nazirliyi Aparatının rəhbərinin müavini olacaq.

Azvision.az


Teqlər: Təhsil   Nazirlər-Kabineti  





Xəbər lenti