Kobaxidze Ukrayna münaqişəsinin tezliklə bitəcəyini istisna etməyib

Kobaxidze Ukrayna münaqişəsinin tezliklə bitəcəyini istisna etməyib
  15 Noyabr 2024    Oxunub:620
"Gürcüstanın Qərblə münasibətlərinin bərpası ölkənin xarici siyasəti üçün prioritet olaraq qalır. Yaxın aylarda Ukrayna münaqişəsinin sona çatması məlum münasibətlərin normallaşmasına kömək edə bilər".
Bu fikri Gürcüstanın baş naziri İrakli Kobaxidze səsləndirib.

“ABŞ və Avropa İttifaqı ilə münasibətləri bərpa etmək bizim əsas prioritetimiz olaraq qalır”, -o vurğulayıb.
Kobaxidze Gürcüstanla Qərb arasında münasibətlərin normallaşması prosesinin təfərrüatlarına varmaq istəməsə də, bu istiqamətdə tezliklə nəzərəçarpacaq nəticələrin olacağını qeyd edib.

Gürcüstan Nazirlər Kabinetinin rəhbərinin sözlərinə görə, Tbilisi ilə Qərb ölkələri arasında münasibətləri bərpa etmək üçün daha bir məsələ qalıb ki? bu da Ukraynadakı münaqişəyə son qoyulmasıdır.

"Ola bilsin ki, bu, yaxın aylarda baş verəcək",- Kobaxidze deyib.

Tural Tağıyev
AzVision.az



Teqlər:





Xəbər lenti